XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ
XÜSUSİ RABİTƏ VƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ DÖVLƏT AGENTLİYİ
KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ MƏRKƏZİ

Malware Lab

Komputer İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin Malware Labaratoriyasının məqsədi ölkəmizi hədəf alan zərərverici proqram təminatlarının analiz və müşahidə edilməsi, istifadəçilərin maarifləndirilməsi və bu sahədə yeni fəaliyyətə başlayan mütəxəssisləri ilkin analiz vasitələri ilə təmin edərək sahənin inkişafına dəstək verməkdir.
KİMM Malware Lab - özündə bir sıra funksionallıqları cəmləyən proqram təminatları ilə istifadəçilərə xidmət edəcək. Beləki, xidmətin birinci hissəsi zərərverici kodların analizi sahəsində professional məşğul olmaq istəyənlər üçün əlverişli analiz alətlərini istifadəyə vermək olacaqsa, ikinci hissədə sadə istifadəçilərin də yararlana biləcəyi sadə interfeysli multi-funksional (virus aşkarlama motoru-antivirus, proses analiz modulu, trafik analiz modulu, zərərverici raporlama – malware reporting, məlumatlandırma modulu – CERT news və s.) analiz programından ibarət olacaq.
CERT.GOV.AZ Malware Lab-a aid layihələri GitHub səhifəmizdən izləyə bilərsiz: https://github.com/certgovaz
Malware Analysis Kit (MAK) Zərərverici Analizi Alətlər
Toplusu
MAK-Windows Əməliyyat sistemində zərərvericiləri python interpreterin köməkliyi ilə command line rejimdə analiz etməyə və zərərvericilər haqqında informasiya yığmağ məqsədi iləhazırlanıb. MAK daha sonra virus axtarış mühərrikindədə istifadəçilərin köməyinə gələcək.
Malware Event Logging (MEL) Zərərverici Proseslərinin Loglaşdırılması
MEL - Azərbaycanda bu sahədə yeni fəaliyyətə başlamış mütəxəssislərə zərərli proqram təminatlarını təhlükəsiz rejimdə (VM) analizini avtomatik şəkildə həyata keçirə bilmələrinə dəstək olmaq üçün hazırlanmışdır.
Multifunctional Analysis Program (MAP)
Multi-funksional Analiz Programı
Yüklə: Tezliklə
Təlimat: Tezliklə
MAP - sadə istifadəçilərin də yararlana biləcəyi sadə interfeysli multi-funksional (virus aşkarlama motoru-antivirus, proses analiz modulu, trafik analiz modulu, zərərverici raporlama –malware reporting, məlumatlandırma modulu – CERT news və s.) analiz programı olacaq.