Axtarış...

Darknet -  internetin qaranlıq tərəfi

Darknet - internetin qaranlıq tərəfi

“Darknet” (ing. DarkNet) ilbəil daha çox diqqət cəlb edir. İnternet üzərindən narkotik maddələrin satıldığı “ İpək yolu”nun (ing. Silk Road) qurucusu Ross Ulbrixtin həbs edilməsindən sonra bu mövzu həndəsi  silsilədə daha çox məşhurlaşmağa başladı.

  • İnternetin qaranlıq tərəfi
  • Darknet və Deep Web
  • Darknet-ə giriş imkanı
  • Messencerlər yeni Darkweb kimi
  • Darknet-in məqsəd və vəzifələri

İnternetin qaranlıq tərəfi

Darknet (Darknet) – bir-birinə etimad edən, tay-tuş adlanan iştirakçılar arasında qurulan özəl şəbəkədir. Tanıdığımız (“tay-tuşlar şəbəkəsi”) şəbəkələrdən fərqli olaraq, IP-ünvan hər kəs üçün əlçatan olmadığına görə iştirakçıların anonimliyi təmin olunur. “Darknet” termini keçən əsrin 70-ci illərində yaranıb və müasir internetin prototipi olan ARPANET-dən təcrid olunmuş şəbəkələrə aid edilirdi. Darknet-in ARPANET-dən məlumatları ala bilməsinə baxmayaraq, “qaranlıq” şəbəkələrin ünvanları xaricdən daxil olan sorğulara cavab vermədiyi üçün əks əlaqə mövcud deyildi. Bu gün bu termin geniş mənaya malikdir və senzura ilə tənzimlənməyən virtual məkanın hissələri deməkdir. Darknet və Deep Web tez-tez dərin şəbəkə (ing. DeepWeb) anlayışı ilə qarışdırılır, lakin bu kobud səhvdir . Birinci termin ayrıca şəbəkə, ikincisi isə internetdə indekslənməmiş saytlar məcmusu deməkdir. Bu cür saytlar digər veb səhifələrlə hiperistinadlarla bağlı olmadığı üçün axtarış sistemləri onları tapa bilmir. Həmçinin robot.txt faylı vasitəsilə indeksasiyadan könüllü şəklidə imtina edərək öz resursunuzu gizlədə bilərsiniz. Bu halda həmin fayl saytın kökünə yazılmalıdır.

Darknet və  DeepWeb

Darknet və Deep Web tez-tez dərin şəbəkə (ing. DeepWeb) anlayışı ilə qarışdırılır, lakin bu kobud səhvdir . Birinci termin ayrıca şəbəkə, ikincisi isə internetdə indekslənməmiş saytlar məcmusu deməkdir. Bu cür saytlar digər veb səhifələrlə hiperistinadlarla bağlı olmadığı üçün axtarış sistemləri onları tapa bilmir. Həmçinin robot.txt faylı vasitəsilə indeksasiyadan könüllü şəklidə imtina edərək öz resursunuzu gizlədə bilərsiniz. Bu halda həmin fayl saytın kökünə yazılmalıdır.

 Darknet-ə çıxış imkanı

Darknet və Deep Web resurslara çıxış imkanları ilə fərqlənir. İnternetin “qaranlıq” tərəfinə daxil olmaq üçün xüsusi proqram vasitələri lazımdır. Onların arasında ən məşhur olanları Tor və I2P brauzerləridir. Bu I2P şəbəkəsində bir çox güzgüsü olan Tor domen məkanında müxtəlif saytları ziyarət etməyə imkan verir. Brauzerlər sərbəst seçilən bir neçə şifrələmə təbəqəsindən – proksi server zəncirlərindən istifadə edir. Beləliklə, məlumat paketinin ardıcıl şifrələnməsi həyata keçirilir. Brauzerləri onların rəsmi saytlarında yükləmək mümkündür: torproject.org (Tor brauzeri) və geti2p.net/ru/ (I2P).  Dərin internetin (Deepweb) veb səhifələrini ziyarət etmək üçün isə qeydiyyatın lazım olduğu hallar istisna olmaqla, onun dəqiq ünvanını bilmək kifayətdir.

Messencerlər yeni Darkweb kimi

Tədqiqatlar göstərir ki, messencerlərdə istifadəçilərin sayı kimi cinayət fəallığı da 2016-cı ilin iyul ayından 30 qat artıb. Tədqiqatın əsas məlumatları qrup və şəxsi çatlara dəvətlər və keçidlər olmuşdur.

 

IntSights məlumatlarına əsasən kibercinayətkarlar arasında ən çox yayılan tətbiq Discort, daha sonra Telegram, Whatsapp, Skype və ICQ-dur.

 

 Android platformasında Tor – ORBot müştəri tətbiqinin istifadəçilərinin sayı 2014-cü ildən 2016-cı ilədək bir milyondan on milyonadək artıb. Bir çox kibercinayətkar Tor-dan istifadə etdiyi üçün messencerləri daxili şifrələmə olmadan istifadə edir. Bir çox analitik Darknet-in gələcəyinin məhz messencerlərə əsaslandığını düşünür. 

Darknet-in məqsəd və vəzifələri

Darknet şəbəkə istifadəçilərinə senzuranın olmaması və qismən anonimlik təmin edir. Onun serverlərini kriptoqrafik vasitələr qoruyur. Lakin tam anonimliyə yenə də zəmanət verilə bilməz. Bunun üçün Darknet-də davranış qaydalarına əməl olunmalıdır. Şəbəkənin “qaranlıq” tərəfində yalnız terrorçular, narkotik ticarətçiləri və manyakların olması ilə bağlı miflər bütün internetdə yayılıb. Cinayətkarların və manyakların Darknet və Deep Web-də anonimliyi asanlıqla qorunmasına baxmayaraq, bu Şəbəkənin “qaranlıq” tərəfini şər yuvası etmir. Bu fikirlər stereotiplərə aid edilə bilər. Tor Project özünü sərbəst ünsiyyət üçün anonim məkan kimi mövqeləndirir və onun verdiyi məlumatlara əsasən Tor brauzerinin istifadəçilərinin 1.5%-i Darknet saytlarını ziyarət edir. Qalan istifadəçilər onu internetdə səhifələri təhlükəsiz ziyarət etmək üçün istifadə edir. Buna baxmayaraq, Darknet-in ətrafında süni olaraq yaradılan gərgin mühiti nəzərə almasaq, o olduqca vədedici görünür. Əslində, Darknet dövlətlərin çıxış imkanının olmadığı, senzuradan qorxmadan fikir mübadiləsi aparmağın mümkün olduğu, yəni Ümumdünya hörümçək torunun əsl təyinatı olan bir fəzadır.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur