Axtarış...

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sahə üzrə görülən işlər və ümumi vəziyyət barədə rüblük qiymətləndirmə hesabatını təqdim edir.

Dövlət orqanlarının istifadəsi üçün yaradılmış AzStateNet şəbəkəsi üzrə təhlükəsizlik divarları, sandbox sistemi, mərkəzləşdirilmiş antivirus sistemi, o cümlədən, manual kiberhücum analizlərinin tədqiq nəticəsində blok edilmiş indikatorların III-cü rüb üzrə statistikası

3-cü rüb üzrə AzStateNet şəbəkəsində təhlükəsizlik divarları ilə 45,910,000 zərərli keçid, mərkəzləşdirilmiş antivirus sistemi ilə 732,300 zərərverici, sandbox sistemi üzrə 11,015 zərərverici tərkibli sənəd/fayl, hədəflənmiş kiberhücumların manual analizi nəticəsində 40 xüsusi indikator bloklanaraq dövlət qurumunda çalışan əməkdaşların kiberhücumlardan və yoluxma hallarından qorunması təmin edilmişdir. Bloklamaların aylar üzrə bölgüsü ilə aşağıdakı qrafikdən, eyni zamanda saytımızın (cert.gov.az) statistika bölümündən tanış ola bilərsiniz.

 

 

Zərərvericilərin və kiberhücum indikatorlarının blok edilməsində dövlət qurumlarının istifadəsinə verilmiş “Resurs İdarəetmə Sistemi” vasitəsi ilə “Bloklist” moduluna şübhəli indikatorlar əlavə etməklə ən çox töhvə vermis TOP-10 dövlət qurumları

  1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi
  2. Dövlət Reklam Agentliyi
  3. Şabran Rayonu İcra Hakimiyyəti
  4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  5. Hacıqabul Rayon İcra Hakimiyyəti
  6. Dövlət Neft Şirkəti
  7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  8. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi
  9. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik
  10. Laçın Rayon İcra Hakimiyyəti

 

Son 30 günün nəticələrinə görə “informasiya təhlükəsizliyi indeksi” üzrə ən aşağı nəticə göstərən Top 15 dövlət qurumu

 

  1. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
  2. Ali Məhkəmə
  3. Dövlət Aqrar Ticarət Şirkəti
  4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
  5. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
  6. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
  7. Azərsu ASC
  8. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
  9. Dövlət Sərhəd Xidməti
  10. Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti
  11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti
  12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti
  13. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
  14. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
  15. Azəryolservis ASC

 

 

Son 30 günün nəticələrinə görə ayıqlıq üzrə “reaksiya indeksi” üzrə ən aşağı nəticə göstərən Top 14 dövlət qurumu

 

  1. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" DTMQ İdarəsi
  2. Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəsi
  3. Milli Televiziya və Radio Şurası
  4. Mərkəzi Bank
  5. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
  6. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
  7. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
  8. Dövlət Gömrük Komitəsi
  9. Dövlət Neft Şirkəti
  10. Dövlət Sərhəd Xidməti
  11. Azərbaycan Respublikası Baş Prokurorluğu
  12. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti
  13. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi
  14. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

 

 

Son 30 günün nəticələrinə görə ayıqlıq üzrə “reaksiya indeksi” ən yüksək olan Top 15 dövlət qurumu

 

  1. AR Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
  2. Azərbaycan Respublikası Təhsil Nazirliyi
  3. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi
  4. Elektron Təhlükəsizlik Mərkəzi
  5. Gəncə Şəhər İcra Hakimiyyəti
  6. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
  7. İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu
  8. Qarabağ Dirçəliş Fondu
  9. Quba Rayon İcra Hakimiyyəti
  10. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik
  11. Hacıqabul Rayon İcra Hakimiyyəti
  12. Azərbaycan Respublikasının Energetika Nazirliyi
  13. Cəbrayıl Rayon İcra Hakimiyyəti
  14. Göygöl Rayon İcra Hakimiyyəti
  15. Sabirabad Rayonu İcra Hakimiyyəti

 

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur