Axtarış...

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sahə üzrə görülən işlər və ümumi vəziyyət barədə 2021-ci il üzrə qiymətləndirmə hesabatını təqdim edir.

Dövlət orqanlarının istifadəsi üçün yaradılmış AzStateNet şəbəkəsi üzrə təhlükəsizlik divarları, sandbox sistemi, mərkəzləşdirilmiş antivirus sistemi, o cümlədən, manual kiberhücum analizlərinin tədqiq nəticəsində blok edilmiş indikatorların 2021-ci il üzrə statistikası.

4-cü rüb üzrə AzStateNet şəbəkəsində təhlükəsizlik divarları ilə 67,900,000 zərərli keçid, mərkəzləşdirilmiş antivirus sistemi ilə 1,122,000 zərərverici, sandbox sistemi üzrə 12,640 zərərverici tərkibli sənəd/fayl, hədəflənmiş kiberhücumların manual analizi nəticəsində 176 xüsusi indikator bloklanaraq dövlət qurumunda çalışan əməkdaşların kiberhücumlardan və yoluxma hallarından qorunması təmin edilmişdir. Bloklamaların aylar üzrə bölgüsü ilə aşağıdakı qrafikdən, eyni zamanda saytımızın (cert.gov.az) statistika bölümündən tanış ola bilərsiniz.

 

 

İnformasiya təhlükəsizliyinin təmini məqsədi ilə 2021-ci il üzrə ümumilikdə AzStateNet şəbəkəsində təhlükəsizlik divarları ilə 193,180,000 zərərli keçid, mərkəzləşdirilmiş antivirus sistemi ilə 3,142,100 zərərverici, sandbox sistemi üzrə 35,788 zərərverici tərkibli sənəd/fayl, hədəflənmiş kiberhücumların manual analizi nəticəsində 744 xüsusi indikator bloklanaraq dövlət qurumunda çalışan əməkdaşların kiberhücumlardan və yoluxma hallarından qorunması təmin edilmişdir.

 

 

  

© 2011-2024 Bütün Hüquqlar Qorunur