Axtarış...

DİQQƏT ! Windows defender üçün yenilənmələr sfc /scannow işində  nasazlıqlara səbəb olub.

DİQQƏT ! Windows defender üçün yenilənmələr sfc /scannow işində nasazlıqlara səbəb olub.

Windows 10 bəzi istifadəçiləri zədələnmiş fayllarının sfc /scannow vasitəsilə bərpa oluna bilməməsi problemi ilə üzləşib. Problemin səbəbi Windows Defender-in yeni versiyasıdır.

Daxilə quraşdırılan Windows System File Checker alətində faylların skan olunması funksiyası lazımi qaydada işə düşür, lakin proses başa çatır və aşağıdakı məzmunda bildiriş gəlir: “Windows Resource Protection zədələnmiş fayllar aşkar edib, lakin onlardan bəzilərində düzəliş edə bilməyib. Onlayn bərpa barədə ətraflı məlumat  windirLogsCBSCBS.log-da CBS reyestrinin faylına daxil edilmişdir. Məsələn, C:WindowsLogsCBSCBS.log. Oflyan bərpa barədə ətraflı məlumat isə /OFFLOGFILE flag reyestrinin faylına daxil edilmişdir”.

Buna baxmayaraq, Bleeping Computer portalının oxucularının sözlərinə görə yuxarıda göstərilən faylların fsutil hardlink list komandası vasitəsilə yoxlanması göstərdiyi kimi onların keçidlərinin heşləri qaydasındadır.

Problemin Microsoft-un iyul ayında işə saldığı yenilənmələrdən sonra yaranmasına baxmayaraq, onun səbəbi Windows Defender üçün yenilənmədir. Windows üçün aylıq yenilənmələr müntəzəm olaraq eyni problemlərə səbəb olur, lakin bu halda problemlərə səbəb olan həmin yenilənmələr deyil, çünki sfc /scannow-da nasazlıq iyul yenilənmələrinin hələ quraşdırılmadığı sistemlərdə baş verib.

Windows Defender üçün problem yaradan yenilənmə 1.297.823.0 versiyası ola bilər, lakin Microsoft bunu hələ ki təsdiqləməyib. Çox güman ki, Microsoft təzəlikcə işə salacağı yenilənmələrlə bu problemi aradan qaldıracaq.

© 2011-2024 Bütün Hüquqlar Qorunur