Axtarış...

Kibergigiyena layihəsinin iştirakçılarının 82%-i ilkin mərhələni tamamlayıb.

Kibergigiyena layihəsinin iştirakçılarının 82%-i ilkin mərhələni tamamlayıb.

Azərbaycanda həyata keçirilən kibergigiyena layihəsində dövlət qurumlarının 4 000 əməkdaşı iştirak edib və onların 82%-i ilkin mərhələni tamamlayıb. Bu barədə Bakıda keçirilən Beynəlxalq Kiberthlükəsizlik Konfransında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.

"Bu sahədə bir neçə risk səviyyəsi müəyyən edilib ki, onların da təlimlərdən öncəki və sonrakı nəticələrin müqayisəsi sadalayacağım inkişaf tendensiyasını göstərib. Belə ki, layihənin effektivliyinin nəticəsi olaraq "Aşağı risk" səviyyəsi üzrə 4%, "Orta risk" səviyyəsi üzrə 42%, "Riskli" səviyyə üzrə 60%, "Yüksək riskli" səviyyəsi üzrə isə 100%-lik inkişaf qeydə alınmışdır. Bu layihə çərçivəsində 6 RİH (Zərdab, Yardımlı, Ucar, Ağstafa, Quba, Hacıqabul) və 1 Nazirliyin (Fövqaladə Hallar Nazirliyi) pilot layihədə iştirak edən əməkdaşları bütün mərhələləri keçməklə layihənin ilk məzunları adına layiq görülmüşlər.

 

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur