Axtarış...

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi OIC-CERT Direktorlar Şurasının 2023-cü ildəki ilk iclasına qatılmışdır

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi OIC-CERT Direktorlar Şurasının 2023-cü ildəki ilk iclasına qatılmışdır

 

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin də üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) Direktorlar Şurasının 2023-cü ildəki ilk iclası 7 fevral tarixində baş tutmuşdur. Onlayn formatda keçirilən iclasda 2023-cü il üçün nəzərdə tutulmuş fəaliyyət planı müzakirə olunmuş, idarə heyətinin tədbirlər planı üzrə məsul olacağı sahələr müəyyən edilmiş, yeni üzvlərin qəbulu məsələsi səsverməyə çıxarılmış, eləcə də idarə heyətinin növbəti canlı görüşünün təşkili ilə bağlı təkliflər dinlənilmişdir.

Məlumat üçün onu da qeyd edək ki, təsdiq edilmiş illik fəaliyyət planına əsasən Azərbaycan (CERT.gov.az) növbəti ildə də təşkilatın 4-cü strateji istiqaməti olan "Texnika və texnologiya" sahəsinə rəhbərlik edəcək.

 

Həmçinin iclas zamanı Birləşmiş Ərəb Əmirliyinin CERT təşkilatının təklifinə əsasən idarə heyətinin növbəti iclasının 14-16 mart tarixlərində BƏƏ-nin Dubay şəhərində keçiriləcək Qlobal Kibertəhlükəsizlik Sərgisi (GISEC) ilə paralel keçirilməsi təklif olunmuş və bu təklif idarə heyəti tərəfindən müsbət dəyərləndirilərək qəbul olunmuşdur.

 

© 2011-2024 Bütün Hüquqlar Qorunur