Axtarış...

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi OIC-CERT Direktorlar Şurasının növbəti iclasına qatılmışdır.

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi OIC-CERT Direktorlar Şurasının növbəti iclasına qatılmışdır.

 Cari ilin 12 -13 mart tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) Direktorlar Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin də təmsil olunduğu Direktorlar Şurasının iclasında Xidmətin idarə rəisi Tural Məmmədov və bölmə rəisi Murad Balayev iştirak etmişdir. İclasda 2023-cü il fəaliyyət planı üzrə görülmüş işlər müzakirə olunmuş, yeni üzvlərin qəbulu məsələsi səsverməyə çıxarılmış, CERT quruculuğu zəif olan İƏT ölkələrinə texniki dəstək və quruculuq işlərində yardım məsələləri ilə bağlı təkliflər dinlənilmişdir. Təsdiq edilmiş illik fəaliyyət planına əsasən Azərbaycan (CERT.gov.az) 2023-cü ilin fəaliyyət planında təkrar olaraq təşkilatın 4-cü strateji istiqaməti olan "Texnika və texnologiya" sahəsinə rəhbərlik edəcək.

© 2011-2024 Bütün Hüquqlar Qorunur