Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-cı ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində Aprel ayı üzrə 24.04.2026-cı il tarixində saat 16:00-da başlanacaq vebinar “Hər kəs üçün kibergigiyena” mövzusuna həsr olunur.
Vebinarda kibergigiyena prinsipləri, istifadəçi davranışlarında ən çox rast gəlinən risklər, 2FA, sistem yenilənmələri, fərdi məlumatların qorunması və cihazların təhlükəsiz istifadəsi üzrə praktik yanaşmalar müzakirə ediləcək.
Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:
© 2011-2026 Bütün Hüquqlar Qorunur