Axtarış...

XRİTDX-nin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edib

XRİTDX-nin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edib

İspaniyanın Barselona şəhərində keçirilən və 100 000-dən çox ziyarətçinin iştirak etdiyi MWC-2024 (Mobile World Congress) tədbiri çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri “Huawei" şirkətinin təşkilatçılığı ilə keçirilən “Qlobal hökumət və tənzimləyici qurumlar üçün dəyirmi masa forumu”na qatılmış, “Huawei” şirkətinin ümumi və xüsusi sərgi zallarında təqdim olunan yeniliklər və xidmətlərlə tanış olmuşlar.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT mərkəzinin nümayəndələri OIC-CERT (Organization of İslamic Cooperation) Direktorlar Şurasının 2024-cü il üzrə keçirilən ilk iclasında iştirak etmişdir. Qapalı görüşdə idarə heyəti üzvlərinin ötən ilin fəaliyyət planına uyğun olaraq gördükləri işlərin yekun hesabatları dinlənilmiş, 2024-cü il üzrə görüləcək işlərə dair tədbirlər planı təqdim olunmuş, gündəlikdə olan məsələlər müzakirə edilmişdir. İdarə heyəti tərəfindən təsdiq edilmiş illik fəaliyyət planına əsasən Azərbaycan cari ildə də təşkilatın 4-cü strateji istiqaməti olan "Texnika və texnologiya" sahəsinə rəhbərlik edəcəkdir.

OIC-CERT tərəfindən inkişaf edən qlobal kibertəhlükəsizlik mənzərəsini və problemləri birgə müzakirə etmək məqsədilə ümumi görüş təşkil edilmişdir. “Rəqəmsal etibarlılıq və dayanıqlığın təşkil edilməsi” mövzusuna həsr olunan tədbirdə İƏT üzrə komitənin 13 üzvü olan Azərbaycan ilə yanaşı Oman, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İndoneziya, Bruney, Misir, Banqladeş, İordaniya, Nigeriya, Özbəkistan, eləcə də iki şirkət – Huawei və Comstech iştirak etmişdir. Dəyirmi masa müzakirələrində OIC-CERT-in ötən ilki tədbirlər planınına və təşəbbüsünə əsasən “5G təhlükəsizliyi” və “Bulud təhlükəsizliyi” işçi qrupları öz fəaliyətlərini tamamlayaraq təqdimatlarla çıxış etmiş və “Süni intellekt təhlükəsizliyi”, “Təchizat zənciri təhlükəsizliyi” kimi yeni potensial işçi qruplarının yaradılması müzakirə olunmuşdur. Müzakirələr zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri sözügedən mövzu və sahələr üzrə təcrübələrini bölüşmüş, Azərbaycanda kibertəhlükəsizlik istiqamətində həyata keçirilən genişmiqyaslı fəaliyyətlərdən ətraflı məlumat vermişdirlər.

Daha sonra Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri “Huawei” şirkətinin Belçikanın Brüssel şəhərində yerləşən Kibertəhlükəsizlik üzrə Şəffaflıq Mərkəzini ziyarət etmişlər. Mərkəzin mütəxəssisləri tərəfindən bir sıra layihələr təqdim olunmuş, iştirakçilara əlavə təlimlər keçirilmişdir.

© 2011-2024 Bütün Hüquqlar Qorunur