Axtarış...

İnformasiya təhlükəsizliyi təqvimi layihəsi çərçivəsində may ayı üzrə növbəti vebinar başlayır

İnformasiya təhlükəsizliyi təqvimi layihəsi çərçivəsində may ayı üzrə növbəti vebinar başlayır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-cı ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində May ayı üzrə 29.05.2026-cı il tarixində saat 16:00-da başlanacaq vebinar “DevSecOps Mədəniyyəti” mövzusuna həsr olunur. 

Vebinarda DevSecOps yanaşmasının təşkilati mühitdə tətbiqi, təhlükəsiz proqram təminatı hazırlanması prinsipləri, təhlükəsizlik nəzarətlərinin CI/CD proseslərinə inteqrasiyası, minimal səlahiyyət prinsipinin tətbiqi, eləcə də təhlükəsiz konteyner və kitabxana idarəçiliyi üzrə yanaşmalar müzakirə ediləcək.

  • Məruzəçi:
    Amin Bünyatov - ABB, Kiber hücumların simulyasiya üzrə qrup rəhbəri

 

Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: 

https://cert.gov.az/calendar

© 2011-2026 Bütün Hüquqlar Qorunur