Axtarış...

XRİTDX Neftçalada media savadlılığı və rəqəmsal təhlükəsizlik üzrə maarifləndirmə tədbiri həyata keçirib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən ölkənin müxtəlif regionlarında informasiya təhlükəsizliyi, media savadlılığı və rəqəmsal bacarıqların artırılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir.

Bu istiqamətdə növbəti tədbir Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının həyata keçirdiyi “Gənc Kadr – Neftçala Gənclərinin İnkişaf Proqramı” çərçivəsində təşkil olunub. XRİTDX-nin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndəsi Fərid Həmzəyevin təqdimatında keçirilən “Media savadlılığı və sosial şəbəkələrdə kommunikasiya” mövzusunda təlimdə gənclərə müasir informasiya mühitində media savadlılığının rolu, sosial şəbəkələrdən təhlükəsiz və məqsədyönlü istifadə prinsipləri, rəqəmsal kommunikasiya bacarıqları, kibertəhdidlərdən qorunma yolları, dezinformasiya və saxta məlumatların müəyyənləşdirilməsi üsulları barədə ətraflı məlumat verilib

Təlim zamanı həmçinin sosial media platformalarında etik davranış qaydaları, şəxsi məlumatların mühafizəsi, ictimai kommunikasiyanın xüsusiyyətləri və rəqəmsal məkanda məsuliyyətli informasiya paylaşımının əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

Mərkəz tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin əsas məqsədi dövlət qurumlarında rəqəmsal savadlılıq səviyyəsinin yüksəldilməsi, informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması və kibertəhlükəsizlik sahəsində biliklərinin artırılmasıdır.

 

© 2011-2026 Bütün Hüquqlar Qorunur