Axtarış...

İnformasiya təhlükəsizliyi təqvimi layihəsi çərçivəsində sentyabr ayı üzrə növbəti vebinar başlayır

İnformasiya təhlükəsizliyi təqvimi layihəsi çərçivəsində sentyabr ayı üzrə növbəti vebinar başlayır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-cı ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində Sentyabr ayı üzrə 25.09.2026-cı il tarixində saat 16:00-da keçiriləcək vebinar “Məlumatların idarəetməsi” mövzusuna həsr olunur.

Vebinarda məlumatların təsnifatı, məxfiliyin və fərdi məlumatların qorunması, giriş hüquqlarının idarə edilməsi, məlumatların həyat dövrü boyunca təhlükəsiz saxlanılması, arxivləşdirilməsi və məhv edilməsi məsələləri barədə məlumat veriləcək. 

  • Məruzəçi:
    Elman Kərimli - Azərbaycan Respublikası Dövlət Neft Fondu, İnformasiya Təhlükəsizliyi şöbəsinin müdiri

 

Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar

© 2011-2026 Bütün Hüquqlar Qorunur