Axtarış...

XRİTDX Qazaxıstan Respublikasının nümayəndə heyəti ilə görüş keçirib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin İnformasiya Təhlükəsizliyi Komitəsi, Dövlət Texniki Xidməti və Milli Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə kibertəhlükəsizlik, rəqəmsal infrastrukturun inkişafı, süni intellekt strategiyasının tədbiqi və dövlət informasiya resurslarının mühafizəsi sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Görüş zamanı kritik informasiya infrastrukturunun qorunması, eləcə də qabaqcıl təhlükəsizlik protokollarının tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparılıb. Bununla yanaşı, aidiyyəti qurumlarla CERT (Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi) və SOC (Təhlükəsizlik Əməliyyatları Mərkəzi) mərkəzlərinin fəaliyyəti, funksiyalarının koordinasiyası və qarşılıqlı fəaliyyət mexanizmləri istiqamətində də ətraflı müzakirələr aparılıb.

Görüşün nəticələrinin iki ölkə arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcəyi bildirilib.

© 2011-2026 Bütün Hüquqlar Qorunur