Axtarış...

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur

13 oktyabr 2026-cı il tarixində saat 22:00 radələrindən etibarən Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınmışdır.

Hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilmiş, Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına 100-dən artıq dövlət domeni hədəfə alınmışdır. 

Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranmışdır. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılmış və saytların fəaliyyətinin davamlılığı təmin edilmişdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq dövlət orqanlarına (qurumlarına) dövlət internet informasiya ehtiyatlarının və şəbəkə infrastrukturunun təhlükəsizliyinin gücləndirilməsi, monitorinq tədbirlərinin intensivləşdirilməsi, informasiya təhlükəsizliyi üzrə məsul əməkdaşların hazırlıq vəziyyətinin təmin edilməsi və mümkün kiberinsidentlərə operativ reaksiya verilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi tövsiyə olunur.

Hal-hazırda Xidmət tərəfindən kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir. 

© 2011-2026 Bütün Hüquqlar Qorunur