Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən 2026-cı ilin tədbirlər planına əsasən “İnformasiya təhlükəsizliyi təqvimi” layihəsi çərçivəsində Oktyabr ayı üzrə 30.10.2026-cı il tarixində saat 16:00-da keçiriləcək vebinar “Kibertəhlükəsizlik psixologiyası” mövzusuna həsr olunur.
Vebinarda kibertəhlükəsizlikdə insan amilinin rolu, rəqəmsal mühitdə qərarverməyə təsir edən psixoloji amillər, sosial mühəndislik hücumlarında istifadə olunan manipulyasiya və təzyiq üsulları, fişinq və onlayn dələduzluq hallarının müəyyən edilməsi, “deepfake” texnologiyalarının yaratdığı təhlükəsizlik riskləri, informasiya mənbələrinin etibarlılığının yoxlanılması, eləcə də istifadəçilərdə tənqidi düşünmə və təhlükəsiz rəqəmsal davranış vərdişlərinin formalaşdırılması barədə məlumat veriləcək.
Canlı yayımın təkrarını izləmək, eləcə də növbəti canlı yayımlar barədə məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://cert.gov.az/calendar
© 2011-2026 Bütün Hüquqlar Qorunur