Axtarış...

Apache HTTP Server-də kritik zəiflik: Uzaqdan müdaxilə ilə server tam ələ keçirilə bilər

Apache HTTP Server-də kritik zəiflik: Uzaqdan müdaxilə ilə server tam ələ keçirilə bilər

Apache HTTP Server-in HTTP/2 modulunda (mod_http2) uzaqdan hücum edənlərə heç bir identifikasiyadan (authentication) keçmədən serverdə istənilən kodu icra etməyə (RCE) imkan verən kritik təhlükəsizlik boşluğu aşkarlanıb. CVE-2026-119618 identifikatorlu bu zəiflik 2.4.55-dən 2.4.70-ə qədər olan Apache versiyalarını hədəf alır və CVSS şkalası üzrə ən yüksək təhlükə dərəcələrindən biri olan 9.8 bal ilə qiymətləndirilir. Təhlükə yalnız HTTP/2 protokolu aktiv olan serverləri əhatə edir. Dünən buraxılmış Apache 2.4.71 versiyasında bu boşluq artıq tamamilə aradan qaldırılıb.

Red Hat-ın qiymətləndirməsinə görə, hücumçu hər hansı bir istifadəçi adı və şifrə tələb olunmadan birbaşa server prosesi üzərində tam nəzarəti ələ keçirə bilər. Tədqiqatçılar standart konfiqurasiyalı serverlərə qarşı etibarlı exploit-in mümkünlüyünü nümayiş etdiriblər, lakin hələlik kütləvi istifadə halları qeydə alınmayıb. Red Hat Enterprise Linux 9 və 10, həmçinin Debian və Amazon Linux kimi geniş yayılan distribütorlar artıq öz paketləri üçün xüsusi təhlükəsizlik yenilənmələrini yayımlayıblar. Təhlükəli kod .config fərdi instalyasiyalarında, həmçinin GitHub-da arxivləşdirilmiş müstəqil "mod_h2" modulunda (2.0.8 - 2.0.42) da mövcuddur.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi qurumlara dərhal Apache HTTP Server-i təhlükəsiz 2.4.71 versiyasına yeniləməyi tövsiyə edir. Yeniləmənin dərhal mümkün olmadığı hallarda, müvəqqəti müdafiə tədbiri olaraq HTTP/2-nin söndürülməsi vacibdir. Bunun üçün server konfiqurasiyasındakı "Protocols" direktivindən "h2" və "h2c" parametrləri silinməli, yalnız "Protocols http/1.1" saxlanılmalıdır. Administratorlar həm ümumi server, həm də bütün virtual host (vhost) sazlamalarını yoxlamalıdırlar, çünki Apache-nin öz rəsmi bülletenində başqa bir alternativ keçici həll yolu (workaround) təqdim olunmur.

© 2011-2026 Bütün Hüquqlar Qorunur